İspaniya Hava Yolları Şirkəti - “İberia” ya məxsus təyyarədə 3 il bundan əvvəl bir təmizlik işçisi tərəfindən tapılmış 20 min ABŞ dolları həmin işçinin özünə qaytarılıb.
Qeyd edək ki, perulu işçi Marisol bu pulları təyyarədə təmizlik işləri apararkən tapmış, sonra da onları şirkət rəsmilərinə təhvil vermişdi. Şirkət rəsmiləri də 3 il ərzində pulun sahibini tapa bilmədikləri üçün həmin pulu Marisolun özünə qaytarmağı qərara alıblar. Çünki İspaniya Konstitusiyasına görə, tapılan bir əşya və ya pulun sahibini 2 il müddətinə tapmaq mümkün olmasa, həmin əşya və ya pul onu tapan şəxsin özünə qaytarılır. Pullara yiyələnən Marisol isə artıq təmizlik işçisi işləmədiyini və ölkədəki muzeylərin birində təhlükəsizlik xidmətinə düzəldiyini bildirib. Bundan başqa, o, tapdığı pulun bir hissəsini Peruda yaşayan anasına göndərəcəyini və qalanı ilə də uşaqlarını məktəbə qoyacağını bildirib.
Zaman qəzeti
